Cartoon Network

Cartoon Network
Loqonun şəkli
Ölkə
Yayım ərazisi ABŞ ABŞ, Kanada Kanada, İspaniya İspaniya
Dil İngiliscə (İSP ilə İspanca dəstəkli)
Baş qərargah Techwood Drive, Atlanta, Corciya
Yaranma tarixi 1 Oktyabr 1992
Sahibi Warner Bros.
Rəhbərlik Turner Broadcasting System
Şüar Are You CN What We're Sayin
Qardaş kanallar Adult Swim, Boomerang, Boing, Cartoonito, Cinemax
Sayt cartoonnetwork.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cartoon Network (Abbreviaturası CN, korporativ adı The Cartoon Network, Inc.) - Turner Broadcasting System tərəfindən qurulan Amerikan kabel televiziyası və rəqəmsal peyk kanalıdır. 1 oktyabr 1992-ci ildən etibarən yayıma başlamışdır.

7-15 yaş arası uşaqlara və yeniyetmələrə müraciət etmək nəzərdə tutulsa da, gecə saatlarında, adətən 20:00-06:00 radələrində böyüklər və gənclər üçün Adult Swim kanalı fəaliyyət göstərir.

Kanalda macəra, animasiya, komediya kimi müxtəlif şoular da yayımlanır. 1994-cü ildə məşhur cizgi-filmi olan Space Ghost Coast to Coast-dən başlamış və Deksterin Labaratoriyası (ing. Dexter's Lab), Coni Bravo (ing. Johnny Bravo), İnək və Toyuq (ing. Cow and Chicken), Mən Veseləm (ing. I am Weasel), Güclü Qızlar (ing. Powerpuff Girls) , Ed, Edd və Eddy (ing. Ed, Edd and Eddy) Qorxaq İt (ing. Cowardly Dog) kimi cizgi filmləri ilə davam etmişdir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search